Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Rusiyanın energetika naziri Aleksandr Novak “Qazprom”un Direktorlar Şurasının namizədləri siyahısına daxil edilib.
“APA-Economics”in qaz holdinqinə istinadən verdiyi məlumata görə, bu siyahıya həmçinin “Qazprom”un İqtisadi ekspertiza və qiymətləndirmə departamentinin rəisi Yelena Karpelin adı da daxil edilib.
Bundan başqa, siyahıda Direktorlar Şurasının hazırkı üzvlərinin adlarına da rast gəlmək olar.
Qeyd edək ki, hazırda “Qazprom”un Direktorlar Şurasına hazırkı sədr, qaz ölkələri ixracatçıları forumunun əlaqələndirilməsi üzrə Rusiya prezidentinin xüsusi nümayəndəsi Viktor Zubov, holdinqin İdarə Heyətinin sədri Aleksandr Miller, “Vneşekonombank”ın İdarə Heyəti sədrinin birinci müavini Andrey Sapelin, “Qazprombank”ın rəhbəri Andrey Akimov və başqaları təmsil olunurlar.