Bank Of Baku

Rusiyanın gömrük rəhbəri cinayət işi çərçivəsində şahid qismində dindirilib

Rusiyanın gömrük rəhbəri cinayət işi çərçivəsində şahid qismində dindirilib
# 27 iyul 2016 06:23 (UTC +04:00)

Bakı-APA. Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov bahalı alkoqollu içkilərin Gömrük İttifaqına qaçaqmalçılıq yolu ilə gətirilməsi faktı üzrə başlanan cinayət işi çərçivəsində şahid qismində dindirilib.   

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Rusiyanın gömrük rəhbəri və Federal Gömrük Xidmətinin digər rəhbər şəxslərinə qarşı cinayət işinin başlanmasından hələlik söhbət getmir.   

 

“Axtarışlardan sonra Andrey Belyaninov İstintaq Komitəsinin Baş Təhqiqat İdarəsində dindirilib. Evlərində axtarışların aparıldığı Belyaninov və ona tabe olanlar cinayət işi ilə bağlı istintaqa şahid qismində cəlb onunublar. Rusiya Federal Gömrük Xidmətinin rəhbəri dindirildikdən sonra da şahid statusunu qoruyub”, - deyə məlumatda bildirilir.   

 

Qeyd edək ki, ötən gün Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşları Federal Gömrük Xidmətinin mərkəzi aparatında axtarış keçirib.  

 

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, istintaq hərəkətləri Sankt-Peterburqdan olan sahibkar Dmitri Mixalçenkoya qarşı alkoqollu içkilərin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi ilə bağlı başlanan cinayət işi çərçivəsində aparılıb.

 

Axtarışlar həmçinin  Rusiya gömrük rəhbəri Andrey Belyaninovun və onun müşaviri Sergey Lobanovun evlərində aparılıb.

 

Axtarış qeyd olunan şəxslərin xidməti otaqlarında və evlərinə aparılıb. 

 

Qeyd edək ki, axtarış zamanı  Andrey Belyaninovun evində ayaqqabı qurularında saxlanılan böyük məbləğdə pul vəsaitləri – 10 mln. rubl, 400 min dollar və 300 min avro aşkarlanıb. Andrey Belyaninov aşkarlanan vəsaitlərin  şəxsi pulları olduğunu və qanunsuz yolla əldə edilmədiyini iddia edib.   

 

Qeyd olunan pul vəsaitlərinin, həmçinin, qiymətli qələm kolleksiyalarının və nadir sənət əsərlərinin hansı yolla əldə olunması araşdırılır.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR