Bank Of Baku

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumun rəsmi açılışı olub

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumun rəsmi açılışı olub
# 01 iyun 2017 14:44 (UTC +04:00)

Rusiyada XXI Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun rəsmi açılışı keçirilib.

 

APA-nın Rusiya bürosunun xəbərinə görə, forumu Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenko açıb. Qonaqları salamlayan qubernator Sankt-Peterburq beynəlxalq İqtisadi Forumunun tarixi haqqında məlumat verib. O, sayca XXI olan forumda müzakirə olunacaq məsələlərdən danışıb.
 

Açılış mərasiminin moderatoru tanınmış jurnalist Sergey Brilyov olub. Açılış mərasimində BMT baş katibi Antonio Qutyerres, Serbiyanın keçmiş xarici işlər naziri, hazırda baş nazir vəzifəsini icra edən İvitsa Daçiç, Monqolustanın baş naziri Jarqaltulqın Erdenabat iştirak ediblər.
 

Açılış mərasimində Azərbaycanı Sankt-Peterburqdakı baş konsul Sultan Qasımov təmsil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR