Bakı. Rüfət Əhmədzadə - APA. Rusiyanın Sankt-Peterburq şəhər məhkəməsi Polşa Baş Konsulluğunun hazırda yerləşdiyi binadan köçürülməsi barədə qərar qəbul edib.
APA-nın “lenta.ru”ya istinadən verdiyi məlumata görə, Sankt-Peterburq Arbitraj Məhkəməsinin qərarında Polşa Baş Konsulluğunun 20 il ərzində icarə haqqı ödəmədiyi, diplomatik nümayəndəliyin 74 milyon rubldan çox borcunun olduğu bildirilib.
“Məhkəmə qərar verib ki, cavabdehdən 74 milyon rubl borcu və məhkəmə xərclərini ödəmək, habelə Sovetskaya küçəsi 12/14 ünvanındakı binanı boşaltmaq tələb olunsun”, – deyə hakim Darya Anreyeva söyləyib.
Məhkəmə prosesinin keçən ilin avqustundan bəri getdiyi xəbər verilir.