Bank Of Baku

Lavrov: "Putin Trampla görüşməyə hazırdır"

Lavrov: "Putin Trampla görüşməyə hazırdır"
# 08 noyabr 2017 07:49 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin Asiya və Sakit Okean İqtisadi Əməkdaşlığının sammiti çərçivəsində amerikalı həmkarı Donald Trampla görüşməyə hazırdır.

 

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, görüşün qrafiki razılaşdırılır. “Biz Donald Trampın Rusiya prezidenti ilə görüş planlaşdırdığını eşitdik. Prezident Putin də bu görüşə hazırdır. Amerikalılar bunu bilir”, - deyə o, söyləyib

 

Qeyd edək ki, Asiya və Sakit Okean İqtisadi Əməkdaşlığı sammiti noyabrın 10-11-də Vyetnamın Dananq şəhərində keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR