Bank Of Baku

Şimali Koreya yenidən Quama zərbə endirəcəyi ilə hədələyib

Şimali Koreya yenidən Quama zərbə endirəcəyi ilə hədələyib
# 22 avqust 2017 18:35 (UTC +04:00)

“Şimali Koreya  Quama zərbənin endirilməsi ilə bağlı hazırlıq işlərini sona çatdırıb və ABŞ özünü ağıllı aparmasa, zərbə endiriləcək”.   APA-nın xəbərinə görə, bunu Şimali Koreyanın Rusiyadakı müvəqqəti işlər müvəkkili  Zin Çjon Xep deyib.

 

“Bunu etməyəcəkləri təqdirdə onlar dünya ictimaiyyəti qarşısında Koreya yarımadasında növbəti dəfə rüsvay olacaqlar”, - deyə o bildirib.   

 

Xatırladaq ki, Şimali Koreya bundan əvvəl Sakit okeanın qərbindəki Quam adasında ABŞ-a məxsus hərbi obyektlərə zərbələr endirmək imkanını nəzərdən keçirdiyini bəyan etmişdi.  Qeyd edək ki, Quam adasında ABŞ-a məxsus “Andersen” aviabazası və “Apra-Xarbor” hərbi-dəniz bazası yerləşir.

 

ABŞ prezidenti Donald Tramp, öz növbəsində,  ABŞ-ın hərbi arsenalının Şimali Koreya ilə döyüşə hazır olduğunu bəyan edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR