Bank Of Baku

Şimali Osetiyada 13 nəfər “donuz qripinə” yoluxub, 1 nəfər ölüb

Şimali Osetiyada 13 nəfər “donuz qripinə” yoluxub, 1 nəfər ölüb
# 16 fevral 2015 17:55 (UTC +04:00)

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Respublikanın səhiyyə nazirinin müavini Tatyana Tsidayeva bildirib.

 

“Bu günə olan məlumata görə, “donuz qrip” virusundan 1 nəfər dünyasını dəyişib”, deyə nazir müavini bildirib.

 

Sankt-Peterburqda fəaliyyət göstərən qrip üzrə Elmi Tədqiqat İnstitutunun  mütəxəssislərinin rəyinə görə, Rusiyada А/H1N1/ virusuna yoluxma hallarına tək-tək hallarda təsadüf edilir. “Epidemiya barədə söhbət gedə bilməz” – deyə İnstitutdan bildiriblər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR