Bank Of Baku

Şimali Osetiyada İŞİD-lə əlaqəli silahlılar məhv edilib

Şimali Osetiyada İŞİD-lə əlaqəli silahlılar məhv edilib
# 06 sentyabr 2017 19:43 (UTC +04:00)

Rusiyanın Şimali Osetiya Respublikasında İŞİD-ə sədaqət andı içən 3 silahlı məhv edilib.

 

APA-nın xəbərinə görə, bu barədə RİA Novosti Milli antiterror komitəsinə istinadən məlumat verib.

 

Məlumata əsasən, zərərsizləşdirilən silahlılar hüquq-mühafizə orqanları əməkdaşlarına hücum etməyi hazırlaşıblar. Hadisə yerində avtomatlar, qumbaralar və snayper tüfəngləri aşkarlanıb.

 

“Qısa müddətdə baş verən atışma nəticəsində cinayətkarlar zərərsizləşdirilib”, məlumatda deyilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR