Rusiyanın Soçi şəhərində MDB ölkələri xarici işlər nazirləri Şurasının iclası başlayıb.
APA-nın Soçiyə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, Nazirlər Şurasının iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.
Şuranın iclası ilk olaraq nazirlərin dar tərkibdə görüşü ilə başlayıb. Daha sonra nazirlər nümayəndə heyətləri ilə birgə görüş keçiriblər.
Şuranın iclasında MDB çərçivəsində əməkdaşlığa dair 18 məsələyə baxılacaq. XİN başçıları MDB məkanında gələcəkdə çoxplanlı əməkdaşlığın genişləndirilməsi tədbirlərini müzakirə edəcəklər, aktual beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparacaqlar. İclasın yekununda razılaşdırılmış layihələrin sənədləri baxılması üçün oktyabrın 11-də Soçidə keçiriləcək MDB Dövlət Başçıları Şurasına və noyabrın 3-də Daşkənddə keçiriləcək MDB ölkələri Baş Nazirləri Şurasına təqdim olunacaq.
Tədbirdə "Korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq Konsepsiyası”, "Terrorçuluqla mübarizə və ekstremizmin digər təzahürləri, eləcə də onların maliyyələşdirilməsi sahəsində informasiya mübadiləsi haqqında Saziş" layihələri haqqında qərar qəbul ediləcək. Hərbi sahədə əməkdaşlıq, xüsusən də MDB ölkələri birləşmiş hava hücumundan müdafiə sisteminin uyğunlaşması layihəsinin əsas istiqamətləri də gündəliyə çıxarılacaq.
Humanitar sahədə əməkdaşlığın dərinləşdirilməsinə istiqamətlənən bir sıra sənədlərin razılaşdırılması da müzakirə olunacaq. Bu sənədlərə "2019-cu ilin MDB-də "Kitab İli", 2020-ci ilin 1941-45-ci il Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi ili" elan olunması və digərləri daxildir.
İclasın yekununda MDB icraiyyə Komitəsinin sədri Sergey Lebedev və Rusiya xarici işlər naziri Sergey Lavrovun birgə mətbuat konfransı planlaşdırılır.
Soçidə MDB XİN başçıları Şurasının iclası keçirilir
MDB
Ermənistanda hərbçinin meyiti çaydan tapılıb
Rusiya MN: Son bir həftədə Ukraynanın 5000-ə yaxın dronu vurulub
Peskov Ukraynanın sülh prosesinə meylli olmadığını bildirib
Rəsmi Moskva: Rusiya bazarında yanacaq çatışmazlığı var
Xəbər Lenti
Ukrayna üçün “Patriot” raketləri Almaniyada istehsal oluna bilər
Venesuelada zəlzələ qurbanlarının sayı 4118-ə çatıb
Tramp Vens və Rubioya İranla danışıqları davam etdirməyi tapşırıb
ABŞ zənginləşdirilmiş uran olmadan İranla razılaşmanı istisna edir
ABŞ İrandan Hörmüzdəki gəmilərə hücum etməyəcəyini bildirməsini tələb edir
İsrailin müdafiə naziri ordunun İranla bağlı istənilən ssenariyə hazır olduğunu bildirib
ABŞ BƏƏ-də yaşayan iranlıya qarşı sanksiyalar tətbiq edib
DÇ-26: İspaniya yarımfinala yüksəlib
Əraqçi Hörmüz məsələsini müzakirə etmək üçün iyulun 11-də Omana səfər edəcək
Tramp qətlə yetiriləcəyi təqdirdə İrana kütləvi zərbə endirilməsi barədə öncədən göstəriş verib
Konqres Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı Ağ Evlə razılaşma əldə etdiyini açıqlayıb
Pakistan İran-ABŞ münaqişəsində vasitəçiliyi davam etdirməyə hazırdır
Çexiya Ukrayna üçün PURL proqramına 6,5 milyon dollar ianə edib
Ukrayna ordusu ötən gecə Rusiyanın iri neft obyektlərini və 18 gəmisini vurduğunu açıqlayıb
FHN dənizdə batan qızın axtarışına helikopter cəlb edib - VİDEO
Biləsuvarda 45 yaşlı kişi su kollektoruna düşərək ölüb
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
İran ABŞ-la danışıqların gələn həftə keçiriləcəyi ilə bağlı xəbərləri təkzib edib
FHN-in xilasediciləri Balakəndə fərdi yaşayış evində köməksiz vəziyyətdə qalan vətəndaşları xilas edib
Bakıda Kolumbiyanın Milli Günü qeyd olunub- FOTO
Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsi çıxışlarla davam etdirilib - FOTO
Polşada polis əməkdaşlarına silahlı hücum olub
Goranboyda yol qəzasında 3 nəfər xəsarət alıb
Tramp: İranla danışıqları davam etdirəcəyik, amma atəşkəs bitdi
Hakan Fidan ABŞ-ın sanksiyalarının ləğvi ehtimalından danışıb
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
Ermənistanda hərbçinin meyiti çaydan tapılıb
Azərbaycan beynəlxalq axtarışa verilən şəxsləri Özbəkistana təhvil verib
Xocalı və Ağdərədə 34 ildən sonra taxıl biçini aparılır - FOTO
BMT dövlətləri İranın Hörmüz boğazı üzərində suverenlik iddialarını tanımamağa çağırıb
CNN: Qətərli vasitəçilər İran-ABŞ gərginliyini azaltmaq üçün Tehrana gedib
“Ərzaq təminatı xəritəsi” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib
Yasamalda evdə partlayışda xəsarət alanlardan daha ikisi ölüb
Zabil Qəhrəmanovun cinayət işi məhkəmə baxışına verilib
İqtisadi Şurada turizmə dair Dövlət Proqramı və dağ-mədən sənayesiylə bağlı müzakirə aparılıb
Bəzi yerlərdə leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Yanğın 40 dəqiqə çəkir, kredit isə 5 il
Ukrayna Rusiyanın “kölgə donanması”na məxsus daha 12 gəmini vurub
İran ABŞ-ın hücumlarına cavab olaraq İsraili vuracaqları ilə hədələyib
ADY-də son 6 ayda kükürd daşımaları 31% artıb
Bakıda 6 avtobus marşrutu alternativ küçələrə yönləndirilib
“AzerTelecom” və “DE-CIX”in əməkdaşlığı ilə internet mübadiləsi mərkəzi – “AZE-İX” istifadəyə verilir
Bakıda Eqmont Qrupunun 32-ci plenar iclası keçirilib
Bu il kirayə mexanizmi ilə satılan mənzillərin sayı məlum olub