Rusiyalıların 85 faizi özünü xoşbəxt hesab edir.
APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti” Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə istinadən məlumat yayıb. Bu nəticə 1990-cı ildən sonra Rusiyada qeydə alınan ən maksimal göstəricidir. Sosioloqlar yüksək faiz dərəcəsini sorğuda iştirak edən bütün sosial-demoqrafik qruplara aid respondentlərdə qeydə alıb. Xoşbəxtliyin əsas səbəbləri ailə, uşaqlar və sağlamlıqdır.
Ən xoşbəxt olanlar 18-24 yaş qrupu və özlərinin qənaətinə görə, ən yüksək əməkhaqqı alan respondentlərdir. (Müvafiq olaraq 95 və 94 faiz). Yaşı 60-ı keçən respondentlərin 82 faizi özünü xoşbəxt hiss edir. Maddi gəliri kifayət qədər olmayanların 63 faizi özünü xoşbəxt sayır. Sorğu 1800 respondent arasında aparılıb.
Qeyd edək ki, BMT-nın "Sustainable Development Solutions Network" şirkətinə sifariş etdiyi sorğunun nəticələri ötən illə müqayisədə yeddi pillə irəliləyən Rusiyanı ölkələrin xoşbəxtlik reytinqində 49-cu yerdə qərarlaşdırıb. Ən xoşbəxt ölkələr Norveç, Danimarka və İslandiya, ən bədbəxt ölkələr isə Ruanda, Suriya və Tanzaniya hesab edilib.