Bank Of Baku

Suriyada yaralanan rusiyalı polkovnik ölüb

Suriyada yaralanan rusiyalı polkovnik ölüb
# 02 oktyabr 2017 08:13 (UTC +04:00)

Rusiya Silahlı Qüvvələrinin Suriyada yaralanan polkovniki Valeri Fedyanin Moskvada müalicə aldığı xəstəxanada ölüb.

 

APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Məlumatda bildirilir ki, polkovnik sentyabrın 22-də Hama əyalətində humanitar yardım apararkən onun avtomobili terrorçular tərəfindən partladılıb. Nəticədə Fedyanin ağır yaralanıb. O, Suriyadan Rusiya Müdafiə Nazirliyinin Moskvadakı Baş Hərbi klinikasına gətirilib. "Həkimlər sona kimi onun həyatını xilas etməyə çalışsa da, mümkün olmayıb”, - deyə, məlumatda qeyd edilib.

 

Xatırladaq ki, sentyabrın əvvəlində rusiyalı general-leytenant Valeri Asapov Suriyada həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR