Bank Of Baku

Tatarıstanda avtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb - YENİLƏNİB-2

Tatarıstanda avtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb - <span style="color: red;">YENİLƏNİB-2
# 02 iyul 2017 10:40 (UTC +04:00)

Tatarıstanda avtobus və yanacaq daşıyan yük maşınının toqquşması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb, 15 nəfər xəsarət alıb.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya İstintaq Komitəsinin regional İstintaq İdarəsinin rəhbərinin köməkçisi Elvira  Qazizova bildirib.

 

Xatırladaq ki, Samara-İjevsk marşrutu üzrə hərəkətdə olan avtobus iyulun 2-nə keçən gecə yük maşını ilə toqquşub. Qəza zamanı avtobus aşaraq yanıb.

 

***

 

saat 08.03

 

Tatarıstanda avtobus və yanacaq daşıyan yük maşınının toqquşması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb, 12 nəfər xəsarət alıb. APA-nın xəbərinə görə, bu barədə "RİA Novosti"yə müvafiq qurumlardakı mənbə bildirib. 

 

Xatırladaq ki, Samara-İjevsk marşrutu üzrə hərəkətdə olan avtobus iyulun 2-nə keçən gecə yük maşını ilə toqquşub. Qəza zamanı avtobus aşaraq yanıb. 

 

***

 

saat 05.22

 

Tatarıstanda salonunda 27 sərnişinin olduğu avtobus və yanacaq daşıyan yük maşınının toqquşması nəticəsində 10 nəfər ölüb, 12 nəfər xəsarət alıb. Ölənlərdən ikisinin uşaq olduğu bildirilir. 

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Samara-İjevsk marşrutu üzrə hərəkətdə olan avtobus iyulun 2-nə keçən gecə yük maşını ilə toqquşub. Qəza zamanı avtobus aşaraq yanıb. 

 

Hadisə yerində istintaq qrupu çalışır, hadisənin səbəbləri araşdırılır.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR