Bank Of Baku

Rusiyada hərbi akademiyanın kursantı terrora dəstək şübhəsi ilə həbs edilib

Rusiyada hərbi akademiyanın kursantı terrora dəstək şübhəsi ilə həbs edilib
# 13 aprel 2017 12:18 (UTC +04:00)

Rusiyanın Mojaysk adına Hərbi-Kosmik Akademiyanın kursantı saxlanılıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Sankt-Peterburq qarnizon hərbi məhkəməsinin mətbuat-katibi Yekaterina Savçenko deyib.  

 

Kursant Vadim Osipov iyunun 9-dək iki ay müddətinə həbs edilib. Cinayət işinin detalları açıqlanmasa da, terrorçuluq fəaliyyətinə dəstək maddəsi ilə ittiham olunan V. Osipovu 15 ilədək həbs cəzası gözləyir. 

 

Qeyd edək ki, aprelin 6-da Sankt-Peterburq metrosunda terror aktı törədən Akbarjon Cəlilovun 6 ortağı saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR