Bakı. Yeganə Laçınzadə - APA-Economics. Avropa-Qafqaz-Mərkəzi Asiya Nəqliyyat Dəhlizinə (TRACECA) üzv olan ölkələrin növbəti iclasında təşkilatın yeni baş katibi seçilib.
"APA-Economics"in "Vesti MD" informasiya portalına istinadən verdiyi xəbərə görə, təşkilatın yeni baş katibi vəzifəsinə Rumıniya təmsilçisi Mirça Çoproqa təyin olunub.
Görüş zamanı həmçinin TRASECA-nın Hökumətlərarası Komissiyasına sədrlik Tacikistana keçib.
Qeyd edək ki, TRASECA layihəsi 1993-cü ilin 3 mayında Brüsseldə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Ermənistan, Azərbaycan və Gürcüstanın iştirak ilə keçirilən konfransda yaradılıb.
Daha sonra isə layihəyə Ukrayna, Monqolustan, Moldova, Bolqarıstan, Rumıniya və Türkiyə də qoşulub.