Türkiyə Astanada keçirilən danışıqlarda Suriyada təhlükəsiz zonaların yaradılması ilə bağlı sənədin qəbulunun əleyhinə çıxıb.
APA-nın məlumatına görə, bu barədə danışıqlarda iştirak edən Suriya hökumətinin nümayəndəsi Bəşər əl-Cəfəri bildirib. O deyib ki, Türkiyə nümayəndə heyəti Astanada keçirilən danışıqlarda mənfi ab-havada olub və bunun nəticəsində danışıqların nəticəsi pis olub.
Xatırladaq ki, Qazaxıstan paytaxtında Astana formatı üzrə danışıqların 5-ci mərhələsi keçirilir.