Bakı – APA. Ukrayna Ali Radasında Ukrayna-Polşa-Litva hərbi briqadasının yaradılması haqqında saziş ratifikasiya edilib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, sənədin lehinə 290 deputat səs verib.
Qeyd edək ki, müvafiq qanun layihəsini parlamentə bir müddət öncə Ukrayna baş naziri Arseniy Yatsenyuk təqdim edib.
Ukrayna, Polşa və Litva birgə hərbi briqadasının yaradılması haqqında saziş 2014-cü ilin sentyabrın 19-da Varşavada imzalanıb. Briqada Polşa ərazisində formalaşdırılacaq.