Bank Of Baku

Ukrayna Ali Radası Yuliya Timoşenkonun həbsinə qərar vermiş hakimin həbs olunmasına icazə verib - FOTO

Ukrayna Ali Radası Yuliya Timoşenkonun həbsinə qərar vermiş hakimin həbs olunmasına icazə verib - <span style="color: red;">FOTO
# 05 fevral 2015 11:25 (UTC +04:00)

Bakı – APA. Ukrayna Ali Radası keçmiş baş nazir, “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenkonun həbsinə qərar vermiş məhkəmə hakiminin həbs olunmasına icazə verib. APA-nın “112.ua” saytına istinadən yaydığı xəbərə görə, Kiyevin Peçora rayon Məhkəməsinin hakimi Rodion Kireyevin həbsinə icazə verilməsi barədə qərarın lehinə 297 deputat səs verib. 

 

Xatırladaq ki, 2011-ci ilin oktyabrında (Viktor Yanukoviçin prezidentliyi dövründə) Yuliya Timoşenko 2009-cu ildə Rusiya ilə imzaladığı qaz sazişində səlahiyyət həddini aşmaqda ittiham olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib. O, 2014-cü ilin fevralında baş verən inqilabdan və Yanukoviçin ölkədən qaçmasından sonra azadlığa buraxılıb. Ukrayna Baş Prokurorluğu 2014-cü il aprelin 4-də hakim R. Kireyev haqqında cinayət işi qaldırıb. İyun ayında iş Ali Məhkəməyə göndərilib. İyulun 2-də R. Kireyev yoxa çıxıb və onun yeri hazırda bəlli deyil.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR