Bank Of Baku

Ukrayna beynəlxalq Haaqa məhkəməsinin yurisdiksiyasını tanıyaraq Rusiyanın vəzifəli şəxslərinin mühakimə olunmasını istəyib

Ukrayna beynəlxalq Haaqa məhkəməsinin yurisdiksiyasını tanıyaraq Rusiyanın vəzifəli şəxslərinin mühakimə olunmasını istəyib
# 04 fevral 2015 13:22 (UTC +04:00)

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, Ali Rada “Rusiya Federasiyasının ali vəzifəli şəxslərinin, eləcə də terror təşkilatları - “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” rəhbərlərinin Ukrayna vətəndaşlarının kütləvi qətlinə gətirib çıxaran insanlıq əleyhinə cinayətləri və hərbi cinayətlərinə münasibətdə Ukrayna tərəfindən Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasının tanınması haqqında” bəyanat qəbul edib.  

 

Sənədə əsasən Ukrayna Nazirlər Kabineti və Baş Prokurorluğuna təklif olunub ki, Rusiya rəhbərliyi və separatçıların əməllərindən Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etmək üçün lazımi materiallar və dəlil-sübutlar toplanılsın. XİN dərhal bu barədə beynəlxalq məhkəməyə məlumat verməli, Baş Prokurorluq isə məhkəmədən müvafiq cinayətlərə görə təhqiqata başlamağı xahiş etməlidir.

 

Qeyd edək ki, Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi (İnternational Criminal Court) 1998-ci ildə imzalanmış Roma Statutu (Rome Statute of the İnternational Criminal Court) əsasında yaradılıb. Bu orqan insanlıq əleyhinə cinayətlər, hərbi cinayətlər, soyqırımlar və işğala görə məsuliyyət daşıyan şəxsləri mühakimə edir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR