Bank Of Baku

Ukrayna hökuməti Donetsk və Luqansk vilayətlərində fövqəladə vəziyyət elan edib

Ukrayna hökuməti Donetsk və Luqansk vilayətlərində fövqəladə vəziyyət elan edib
# 26 yanvar 2015 14:35 (UTC +04:00)

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu ölkənin baş naziri Arseniy Yatsenyuk Nazirlər Kabinetinin iclasında bəyan edib.

 

O əlavə edib ki, Ukraynanın digər regionlarında yüksək hazırlıq rejimi tətbiq olunub. “Xahiş edirəm, fövqəladə vəziyyət yaxud da hərbi vəziyyətlə səhv salmayın. Bu cür qərarları parlament qəbul edir”, - deyə o vurğulayıb.

 

A. Yatsenyuk qeyd edib ki, müvafiq tədbirlərin məqsədi əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün hakimiyyət orqanlarının fəaliyyətinin tam koordinasiyasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR