Bank Of Baku

Ukrayna hökuməti Silahlı Qüvvələrin şəxsi heyətinin sayının 250 min nəfərə çatdırılması haqqında qanun layihəsi hazırlayıb

Ukrayna hökuməti Silahlı Qüvvələrin şəxsi heyətinin sayının 250 min nəfərə çatdırılması haqqında qanun layihəsi hazırlayıb
# 21 yanvar 2015 12:02 (UTC +04:00)

APA-nın Ukrayna xəbər saytlarına istinadən verdiyi məlumata görə, bunu baş nazir Arseni Yatsenyuk hökumətin iclasında bildirib. O deyib ki, hökumət ordunun şəxsi heyətinin sayını 250 min nəfərə çatdırılmasını nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edəcək: “Bu qərarın maliyyə təminatı həll olunub”.  

 

A. Yatsenyuk deputatları növbəti plenar iclasda qanun layihəsini qəbul etməyə çağırıb.

 

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi bu il həyata keçiriləcək qismən səfərbərlik çərçivəsində 50 minə yaxın vətəndaşı ordu sıralarına çağırmağı planlaşdırıb. A. Yatsenyuk bəyan edib ki, son günlər Donbassda vəziyyətin gərginləşməsi səfərbərliyi və Ukraynanın Beynəlxalq Valyuta Fondu ilə danışıqlarını pozmaq məqsədi daşıyır.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR