Bank Of Baku

Ukrayna Müdafiə Nazirliyi: Separatçıların 6 təyyarəsi, 4 helikopteri və 4 “Smerç” qurğusu məhv edilib

Ukrayna Müdafiə Nazirliyi: Separatçıların 6 təyyarəsi, 4 helikopteri və 4 “Smerç” qurğusu məhv edilib
# 27 yanvar 2015 12:06 (UTC +04:00)

APA-nın “112.ua” telekanalını saytına istinadən  verdiyi xəbərə görə, nazirlik separatçı qüvvələrə məxsus 2 ədəd “AN-2” yüngül çoxməqsədli təyyarənin, 2 ədəd “YAK-50” təlim-məşq təyyarəsinin, 1 ədəd “YAK-52” idman-məşq təyyarəsinin və 1 ədəd “L-39” hərbi təlim təyyarəsinin, həmçinin 4 ədəd “Mi-24” döyüş helikopterinin məhv edildiyini bildirib. Bu uçuş texnikasının hamısı yerdə olarkən sıradan çıxarılıb.    

 

Bundan başqa, düşmənin 4 ədəd “Smerç” reaktiv atəş sistemi, 12 ədəd “Qrad” reaktiv atəş sistemi, 4 tankı, 9 zirehli maşını və 18 ədəd avtomobil texnikası da yararsız hala salınıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR