Bakı. Rüfət Əhmədzadə - APA. Kiyev Moskva ilə diplomatik və iqtisadi əlaqələri kəsməyəcək.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın xarici işlər naziri Pavel Klimkin deyib. “Diplomatik əlaqələrimiz kəsilsə, danışıqlar vasitəçilər yolu ilə aparılacaq. Şübhə edirəm ki, bizim məsələmiz bizsiz həll oluna bilər”, – deyə nazir söyləyib.
P. Klimkin bildirib ki, Kiyev və Moskva arasında diplomatik münasibətlər dayandırılarsa, Minsk sazişi də təhlükə altında qalacaq. Bundan başqa, ölkələr bir-birinin ərazilərindəki bütün konsulluq xidmətlərini bağlayacaqlar: “Onda bizim Rusiyada olan milyonlarla vətəndaşımıza kim yardımçı olacaq?”