Bank Of Baku

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahında çalışan podpolkovnik rütbəli casus ifşa edilərək həbs olunub

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahında çalışan podpolkovnik rütbəli casus ifşa edilərək həbs olunub
# 04 fevral 2015 14:56 (UTC +04:00)

 APA-nın “censor.net” saytına istinadən verdiyi məlumata görə, bunu Təhlükəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenko açıqlayıb. “15 dəqiqə əvvəl dünən axşam Prezident Administrasiyasının binasına dırnaqarası hücum cəhdinin təşəbbüskarlarının saxlanılması üzrə xüsusi əməliyyat başa çatıb”, - deyə o, söyləyib.

 

Saxlanılanlar arasında Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahında çalışan podpolkovnik rütbəli zabit də var. Onun “Donetsk Xalq Respublikası” separatçılarına casusluq etdiyi müəyyənləşdirilib.    

 

Qeyd edək ki, fevralın 3-də axşam “Ümumukrayna batalyon qardaşlığı” adlı qurum Prezident Administrasiyasının binası qarşısında aksiya keçirib. Aksiya iştirakçıları ölkədə Konstitusion qaydanın təmin olunmasını, hərbi vəziyyətin elan edilməsini tələb ediblər və prezidentlə görüşmək istədiklərini bildiriblər. Onlar bir gün sonra yenidən gələcəklərini deyiblər. Ukrayna rəhbərliyi bu aksiyanın Rusiya xüsusi xidmət orqanlarının təxribatı olduğunu düşünür. 
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR