Bank Of Baku

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı: "Separatçılar 4 saat ərzində atəşkəs rejimini 6 dəfə pozub"

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı: "Separatçılar 4 saat ərzində atəşkəs rejimini 6 dəfə pozub"
# 15 fevral 2015 04:58 (UTC +04:00)

APA-nın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndəsi Vladislav Seleznyov bildirib. Onun sözlərinə görə, atəşkəs rejimi separatçılar tərəfindən 3 dəfə Çernuxino qəsəbəsi istiqamətində, 3 dəfə də Zolotoye yaşayış məntəqəsi istiqamətində pozulubb.    

 

 Vladislav Seleznyov qeyd edib ki, separatçıların açdığı atəş “sistemli və lokal” xarakterli olub. O əlavə edib ki,  03:00-dan  04:00-dək Ukrayna ordusunun mövqelərinin atəşə tutulması faktı  qeydə alınmayıb.  Hərbçilər tərəfindən heç bir itki qeydə alınmayıb.

 

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenko bundan əvvəl atəşkəsin ilk 90 dəqiqə ərzində bir dəfə pozulduğunu bildirib.    

 

Qeyd edək ki, atəşkəs rejimi elan olunduqdan az sonra hər iki tərəf bir-birini Donbasda atəşkəsi pozmaqda ittiham edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR