APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, bununla bağlı Rusiya, Ukrayna, Almaniya və Fransa liderləri arasında telefon danışığı nəzərdə tutulub.
Qeyd olunur ki, Ukraynada münaqişənin nizamlanması planı Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Pyotr Poroşenkonun təklifləri üzərində qurulacaq. Xatırladaq ki, fevralın 6-da Moskvada Rusiya, Almaniya və Fransa liderlərinin görüşü keçirilib.