APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın müdafiə naziri Stepan Poltorak bəyan edib.
“Biz iki ölkə arasında əməkdaşlığın məntiqi davamı olan memorandumun üzərində inadla işləyirik”, deyə S.Poltorak bildirib.
Müdafiə naziri fevralın 9-da Böyük Britaniya müdafiə nazirliyinin beynəlxalq təhlükəsizlik Departamentinin müdiri Nik Qerr ilə görüşüb. Britaniya rəsmisi ölkəsi tərəfindən Ukraynaya hər cür dəstəyin veriləcəyini vurğulayıb.