Bank Of Baku

Donbassda atəşkəs dövründə 237 Ukrayna hərbçisi həlak olub

Donbassda atəşkəs dövründə 237 Ukrayna hərbçisi həlak olub
# 22 yanvar 2015 00:54 (UTC +04:00)

APA-nın UNN agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın BMT-dəki daimi nümayəndəsi Yuri Serqeyev bəyan edib.

 

“Atəşin dayandırılmasından bəri 237 Ukrayna hərbçisi həlak olub. Eyni zamanda, ən azı 148 mülki şəxs silahlı münaqişənin qurbanı olub”, - deyə Y. Serqeyev BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən bildirib. O deyib ki, Ukrayna tərəfi Minsk razılaşmalarını həyata keçirməyə hazırdır və bu razılaşmaların Rusiya tərəfindən də yerinə yetirilməsini gözləyir. 

 

Qeyd edək ki, Minsk razılaşmaları 2014-cü il sentyabrın 5-də və 19-da imzalanıb. Bu razılaşmalarda atəşin dayandırılması, ağır artilleriya və ağır hərbi texnikanın təmas xəttindən geri çəkilməsi, Donbassdakı kənar hərbi qüvvələrin (Rusiya) bölgəni tərk etməsi, Ukrayna-Rusiya sərhədinin separatçıların nəzarətində olan hissəsinin Ukrayna dövlətinin nəzarətinə qaytarılması və Donbass bölgəsinə xüsusi status verilməsi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR