Bank Of Baku

Ukraynada sərnişin avtobusunun separatçılar tərəfindən atəşə tutulması nəticəsində 10 dinc sakin həlak olub

Ukraynada sərnişin avtobusunun separatçılar tərəfindən atəşə tutulması nəticəsində 10 dinc sakin həlak olub
# 13 yanvar 2015 14:55 (UTC +04:00)

 APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə Donetsk vilayətinin milis rəisi Vyaçeslav Abroskin bildirib. O deyib ki, Ukrayna vaxtı ilə  saat 14:30 radələrində hökumət qoşunlarının blok-postuna doğru atılan mərmi birbaşa yaxında olan reys avtobusuna dəyib. Artilleriya zərbəsi 10 nəfər dinc sakinin həyatına son qoyub, 13 nəfər yaralanıb.

 

V. Abroskin əlavə edib ki, hazırda hadisə yerində Ukrayna DİN Baş İdarəsinin istintaq-əməliyyat qrupu işləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR