Bank Of Baku

Ukraynanın Dnepr şəhərində silahlı insident nəticəsində 2 nəfər ölüb, 4-ü yaralanıb - YENİLƏNİB

Ukraynanın Dnepr şəhərində silahlı insident nəticəsində 2 nəfər ölüb, 4-ü yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 25 iyul 2017 00:48 (UTC +04:00)

Ukraynanın Dnepr şəhərində baş verən silahlı insident nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.

 

APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bir nəfər hadisə yerində, daha bir nəfər isə aldığı güllə yarasından xəstəxanada dünyasını dəyişib.

 

Hadisə yerində polis və istintaq-operativ qrupu işləyir. İlkin məlumata görə, silahlı insident əvvəllər  Donbasda döyüşlərdə iştirak edən şəxslər arasında baş verib.

 

***

 

00:18

 

Ukraynanın Dnepr şəhərində baş verən silahlı insident nəticəsində 1 nəfər ölüb, 5-i yaralanıb.

 

APA-nın “112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Dnepropetrovsk vilayəti Milli polisinin mətbuat katibi Olqa Kuznetsova bildirib.

 

 Onun sözlərinə görə, 1 nəfər hadisə yerində aldığı güllə yarasından ölüb, 5 nəfər xəstəxanaya yerləşdirilib. İlkin ehtimala görə, silahlı insident şəxsi münasibətlər zəminində baş verib.

 

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR