Bank Of Baku

Ukraynanın Mariupol şəhərində partlayış olub, 7 polis əməkdaşı yaralanıb

Ukraynanın Mariupol şəhərində partlayış olub, 7 polis əməkdaşı yaralanıb
# 24 iyun 2017 01:27 (UTC +04:00)

Ukraynanın Mariupol şəhərində DİN-in bazasında partlayış baş verib, 7 polis əməkdaşı yaralanıb.

 

APA-nın “nv.ua” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Polisinin Donetsk vilayəti üzrə baş idarəsinin rəisi Vyaçeslav Abroskin bildirib.

 

“Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan 7 polis əməkdaşı xəstəxanaya yerləşdirilib”, polis rəsmisi özünün “Feysbuk” səhifəsində yazıb.

 

İlkin versiyaya görə, bazada qumbara partlayıb. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Qeyd edək ki, baza hazırda fəaliyyətdə olmayan sanatoriyanın binasında yerləşir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR