Bank Of Baku

Ukraynanın şərqində atəşkəs rejiminin tətbiqinə başlanılıb

Ukraynanın şərqində atəşkəs rejiminin tətbiqinə başlanılıb
# 14 fevral 2015 23:33 (UTC +04:00)

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, tərəflər yerli vaxtla fevralın 15-i gecə 00.00-da (Bakı vaxtı ilə 02.00) atəşin dayandırılmasına dair niyyətlərini təsdiqləyiblər.

 

Məlumata görə, Ukrayna prezidenti Pyotr Poroşenko hərbi birləşmələrə atəşin dayandırılmasına dair əmr verib. Bunu dövlət başçısı Baş Qərargahda ordu komandanları ilə keçirdiyi müşavirədən sonra elan edib

 

“Mən Ukrayna Silahlı Qüvvələri, Milli Qvardiya, DİN, Sərhəd Xidməti və Ukrayna Təhlükəsizlik Xidmətinin birləşmələrinə fevralın 15-i gecə 00.00-dan etibarən atəşin dayandırılmasını əmr edirəm”, deyə Poroşenko bəyan edib.  

 

Rusiya mətbuatı separatçı liderlərin də rəhbərlik etdikləri silahlı birləşmələrə atəşin dayandırılmasına dair göstəriş verdiyini bildirir.    

 

Qeyd edək ki, bir neçə gün əvvəl Minskdə Ukraynanın şərqində münaqişə zonasında atəşin dayandırılmasına dair razılaşma əldə olunub. Sazişdəki müddəalardan biri ağır silahların 14 gün ərzində təmas xəttindən geri çəkilməsini nəzərdə tutur. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR