Bank Of Baku

Ukraynanın şərqindən ağır texnikanın geri çəkilməsinə dair razılığa gəlinib

Ukraynanın şərqindən ağır texnikanın geri çəkilməsinə dair razılığa gəlinib
# 22 yanvar 2015 01:52 (UTC +04:00)

APA-nın UNN agentliyinə istinadən verdiyi məlumata görə, bunu Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer bəyan edib.

 

Onun sözlərinə görə, görüşdə irəliləyişə nail olunub. Tərəflər razılığa gəliblər ki, Minsk protokolunda göstərilən demarkasiya xəttindən ağır texnikanın geri çəkilməsinə başlanmalıdır. Həmçinin, böhran vəziyyətində yaşayan bölgələrə humanitar yardımın çatdırılmasını təmin etmək üçün işçi qruplar yaradılacaq.

 

Xatırladaq ki, yanvarın 21-də Almaniyanın paytaxtı Berlində Ukrayna üzrə “Normand dördlüyü” (Ukrayna, Rusiya, Almaniya, Fransa) xarici işlər nazirlərinin görüşü keçirilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR