Bank Of Baku

İrəvanda zibil daşınması ilə məşğul olan şirkətin işçiləri Serj Sarkisyanın iqamətgahı qarşısında aksiya keçirirlər

İrəvanda zibil daşınması ilə məşğul olan şirkətin işçiləri Serj Sarkisyanın iqamətgahı qarşısında aksiya keçirirlər
# 26 dekabr 2014 10:05 (UTC +04:00)

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları maaş və məzuniyyət pullarının verilməsini tələb edirlər. Zibil daşınması ilə məşğul olan şirkət beynəlxalq operatora veriləndən sonra müflisləşmə təhlükəsi ilə üzləşib.

 

Aksiya iştirakçıları bildirirlər ki, problem tezliklə həll olunmasa, onlar prezident iqamətgahı qarşısındakı prospekti bağlayacaqlar.

 

Qeyd edək ki, bir müddət əvvəl şirkətin işçiləri İrəvan şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Onlara meriyadan bildiriblər ki, pulları “Kentron makrutyun” şirkətinin zibil daşıyan maşınları satılandan sonra ödənəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR