XİN: G7 Rusiya ilə mübarizənin qərargahına çevrilib

XİN: G7 Rusiya ilə mübarizənin qərargahına çevrilib
# 27 fevral 2024 16:50 (UTC +04:00)

“Böyük yeddilik” (G7) qrupunun bəyanatlarının dövrü keçib.

APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın adından nazirliyin internet səhifəsində dərc edilən bəyanatda deyilir.

Zaxarova “Böyük yeddilik” (G7) qrupu ölkələri liderlərinin Ukrayna münaqişəsində Rusiyaya dəstək verən ölkələrə qarşı tədbir görəcəklərinə dair vədini şərh edərək deyib ki, bu təşkilat bir növ Qərb koalisiyası ilə Rusiya arasında mübarizənin qərargahına çevrilib.

ABŞ və Böyük Britaniya öz anti-Rusiya siyasətini həyata keçirmək üçün təşkilatın digər üzvlərindən alət kimi istifadə edirlər”, - bəyanatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR