Bank Of Baku

XİN: Moskva START müqaviləsi ilə bağlı ABŞ-la dialoqdan imtina etmir

Sergey Ryabkov

© APA | Sergey Ryabkov

# 10 mart 2023 13:57 (UTC +04:00)

Zərurət yarandığı təqdirdə, Rusiya Strateji Silahların Azaldılması Müqaviləsi (START) mövzusunda ABŞ-la dialoqu davam etdirəcək.

APA xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “RT Arabic”ə müsahibəsində bildirib.

O qeyd edib ki, bu mövzuda hələlik ciddi nəticə yoxdur: “Moskva START müqaviləsi ilə bağlı dialoqdan imtina etmir və biz buna açığıq”.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin 21 fevralda ölkəsinin START müqaviləsində iştirakını dayandırdığını, lakin ondan çıxmadığını bəyan edib və 1 mart tarixində müqavilədə iştirakı dayandırmaq barədə qanunu imzalayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR