Rusiya ABŞ-dən silahlara nəzarətlə bağlı təkliflər alıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfi hazırda ABŞ-nin təkliflərini öyrənir.
Eyni zamanda, rusiyalı nazir müavini qeyd edib ki, Vaşinqtonun təkliflərində heç bir yenilik yoxdur və Moskva “vaxtında” bu təkliflərə cavab verəcək.