Rusiya ilə Ukrayna arasında saxlanılan şəxslərin mübadiləsi həyata keçirilib.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O, Rusiya və Ukrayna arasında saxlanılan şəxslərin iki mübadiləsinin həyata keçirildiyini söyləyib: “Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi gündəlik olaraq humanitar dəhlizlər və yaşayış məntəqələrindən mülki şəxslərin təxliyyəsini təşkil edir” - deyə o qeyd edib.