Rusiya Ümumdünya Ticarət Təşkilatına üzvlükdən imtina etmək fikrində deyil. Belə bir addım milli iqtisadiyyatın süni şəkildə özünü təcrid etməsinə gətirib çıxara bilər.
APA-nın xəbərinə görə, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.
Diplomat vurğulayıb ki, Rusiya Federasiyasının ÜTT-dən mümkün çıxması beynəlxalq əmək bölgüsü proseslərindən faktiki olaraq özünü kənarlaşdırmaq demək olacaq. Bu hal qlobal istehsal və marketinq zəncirlərində iştirakın azalmasına gətirib çıxara bilər.