Paşha Bank
Bank Of Baku

XİN: Ukrayna dronunun Belarus yük maşınına hücumu Minski münaqişəyə cəlb etmək cəhdidir

XİN: Ukrayna dronunun Belarus yük maşınına hücumu Minski münaqişəyə cəlb etmək cəhdidir
# 08 oktyabr 2026 18:09 (UTC +04:00)

Bu gün Rusiya Federasiyasının Bryansk vilayətində Belarus qeydiyyatlı yük maşınına pilotsuz uçuş aparatının hücumu nəticəsində Belarus Respublikasının vətəndaşı yaralanıb.

APA xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Belarus vətəndaşı ağır xəsarətlər alıb, o, reanimasiya şöbəsinə yerləşdirilib.

“Burada bölgədəki vəziyyəti gərginləşdirmək cəhdini, həmçinin, Belarusun münaqişəyə cəlb edilməsinə yönəlmiş əlaqələndirilmiş hərəkətlərin tərkib hissəsini görürük”, - açıqlamada qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR