Bank Of Baku

XİN Zaxarovanın Ermənistanın Ukrayna üzrə konfransda iştirakı ilə bağlı şərhinə münasibət bildirib

XİN Zaxarovanın Ermənistanın Ukrayna üzrə konfransda iştirakı ilə bağlı şərhinə münasibət bildirib
# 03 noyabr 2023 15:03 (UTC +04:00)

Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan ölkəsinin Maltada Ukrayna üzrə konfransda iştirakına Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın mövqeyinə münasibət bildirib.

APA xəbər verir ki, Ovannisyan Zaxarovanın şərhinin doğru olmadığını deyib.

O bildirib ki, Zaxarovanın bu məsələ ilə bağlı verdiyi şərh reallığa uyğun gəlmir:

“Həmin görüş (Maltadakı forum) Təhlükəsizlik Şurası katibləri üçün bir platformadır, mən deməzdim ki, tam olaraq Ukraynaya həsr olunmuşdu. Hesab edirəm ki, görüşün gündəliyini nəzərə alsaq, belə bir şərhin verilməsi reallığa uyğun gəlmir”.

Qeyd edək ki, Zaxarova dünən keçirdiyi brifinqdə bildirib ki, Moskva Ermənistanın Maltada Ukrayna üzrə konfransda iştirakını İrəvanın nümayişkaranə anti-Rusiya jesti kimi qiymətləndirir. Adıçəkilən konfransda Ermənistanı Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan təmsil edib. O, Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermakla görüşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR