Bank Of Baku

Xüsusi təyinatlılar II Qareginin iqamətgahına daxil olub, toqquşma baş verib- VİDEO - YENİLƏNİB

Xüsusi təyinatlılar II Qareginin iqamətgahına daxil olub, toqquşma baş verib- VİDEO  - YENİLƏNİB
# 27 iyun 2025 12:02 (UTC +04:00)

Erməni Kilsəsində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları ilə keşişlər arasında toqquşma baş verib.

APA-nın xəbərinə görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

***

11.42

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) maskalı xüsusi təyinatlıları erməni kilsəsinin başçısının iqamətgahının ərazisinə daxil olublar.

APA xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bütün ermənilərin katolikosu II Qaregin özü təhlükəsizlik qüvvələrinin qarşısına çıxıb.

Jurnalistlər ərazidən uzaqlaşdırılıb.

Bundan əvvəl Eçmiədzinin polis rəisi kilsəyə gəlib.

Bütün ermənilərin katolikosu II Qareginin ruhanilərlə toqquşmanın qarşısını almaq üçün xüsusi təyinatlıların qarşısına çıxıb.

Hazırda tərəflər arasında müzakirə aparılır.

Qeyd edək ki, bu gün səhər saatlarında 30-a yaxın maskalı şəxs Şirak Yeparxiyasının binasına daxil olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR