Bank Of Baku

Yakutiyada ən azı 50 nəfər qidadan zəhərlənib

Yakutiyada ən azı 50 nəfər qidadan zəhərlənib
# 09 iyul 2025 12:02 (UTC +04:00)

Yakutiyada ən azı 50 nəfər qidadan zəhərlənib.

APA yerli mətbuata istinadən xəbər verir ki, zərərçəkənlər yoluxucu xəstəliklər xəstəxanasına yerləşdirilib.

Zəhərlənmə bayram şənliyi zamanı baş verib

Zəhərlənmə Isıax Olonxo bayram şənliyi zamanı baş verib. Ümumilikdə şənlikdə 15 minə yaxın qonaq, o cümlədən 1,5 min təşkilatçı - jurnalistlər, rəssamlar, idman hakimləri və könüllülər iştirak edib.

Onlar məktəblərdə yaşayıb, yerli yeməkxanalarda sıyıq, kotlet, püre, balıq, şorba, plov və kompot yeyiblər. Demək olar ki, bayramdan dərhal sonra çoxları özünü pis hiss edib. Onlar tədbirdə süfrəyə verilən toyuq kotletlərindən şübhələniblər.

Testlər salmonellyoz olduğunu göstərib

Testlər salmonellyoz olduğunu göstərib. Məhsulu tədarük edən quşçuluq ferması artıq keçən il yarımfabrikatlarda aşkar olunan salmonellayoza görə cərimələnib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR