Bank Of Baku

Yakutiyada göyərtəsində 5 nəfər olan təyyarə radardan itib

Yakutiyada göyərtəsində 5 nəfər olan təyyarə radardan itib
# 10 iyun 2025 09:56 (UTC +04:00)

Yakutiyada An-2 təyyarəsi radardan itib.

APA-nın Rusiya bürosu xəbər verir ki, MiAn aviaşirkətinin təyyarəsi Tomponski rayonunda meşələr üzərində uçarkən fövqəladə hallar üçün radio mayak işə düşüb.

Axtarışa Federal Hava Nəqliyyatı Agentliyinin axtarış-xilasetmə təyyarəsi və Polar Hava Yollarına məxsus Mi-8 helikopteri göndərilib.

Radardan itmiş təyyarədə 2 ekipaj üzvü ilə yanaşı, 3 meşə mühafizəsi müşahidəçisinin olduğu bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR