Yapon yeni dollar qarşısında son 20 ildə ən aşağı səviyyəyə düşüb.
APA-nın xəbərinə görə, son seansda birjalarda 1 dollar təxminən 126 yenə bərabər olub. Bu da 2002-ci ildən sonra ən aşağı rəqəmdir. Gündoğar ölkənin valyutasının ucuzlaşması ABŞ-da pandemiyadan sonra baş verən sürətli iqtisadi artımla izah olunur. Bu inkişaf ölkənin xəzinə gəlirlərini artırıb. Yapon valyutası ötən il dollar qarşısında 10% dəyər itirmişdi. Bu ilin statistikasına görə, yen 8%-dən çox ucuzlaşıb.