Bank Of Baku

Yekaterinburqda tapılan cənazə qalıqlarının sonuncu rus çarına aid olduğu təsdiqlənib

II Nikolay və ailəsi

© APA | II Nikolay və ailəsi

# 31 yanvar 2022 00:47 (UTC +04:00)

Ekspertiza nəticəsində cənazə qalıqlarının 1918-ci ildə öldürülən sonuncu rus imperatorunun ailəsinə aid olduğu təsdiqini tapıb.

APA-nın xəbərinə görə, bunu Rusiya Prokurorluğunun xüsusi işlər üzrə baş təhqiqatçısı Marina Molodsova bildirib.

“Müasir təhqiqat metodları və tarixi ekspertiza nəticəsində imperator II Nikolay və ailəsinin 1918-ci il 16 iyuldan 17-nə keçən gecə Yekaterinburqda güllələndiyini dübut edir. İmperatorla yanaşı onun arvadı Aleksandra Fyodorovna, qızları Olqa, Tatyana, Mariya, Anastasiya, oğlu Aleksey və ona sadiq olan şəxslər də güllələnib” – deyə Molodsova bildirib.

Qeyd edək ki, sonuncu rus çarı II Nikolay 1918-ci ildə güllələnib. Cənazə qalıqları ölüm hökmünün icra olunduğu yerdən 1991-ci ildə çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR