Rusiyanın Yekaterinburq şəhərinin keçmiş meri Yevgeni Royzman saxlanılıb.
APA-nın Rusiya bürosunun məlumatına görə, sabiq mer Rusiya Federasiyası Cinayət Məcəlləsinin 280.3-cü maddəsi (RF Silahlı Qüvvələrinin fəaliyyətini gözdən salmağa yönəlmiş ictimai hərəkətlər) ilə ittiham olunur.
Royzmanın Rusiya ordusunun fəaliyyəti haqqında dəfələrlə mənfi fikirlər səsləndirdiyi bildirilib.
Bu gün səhər hüquq mühafizə orqanları tərəfindən saxlanılan Royzmanın evində axtarış aparılıb. Onu 5 ilə qədər həbs cəzası gözləyir.