Bank Of Baku

Gürcüstanda Ermənistan vətəndaşlarını daşıyan avtobus azərbaycanlılara məxsus minik avtomobili ilə toqquşub - YENİLƏNİB

Gürcüstanda Ermənistan vətəndaşlarını daşıyan avtobus azərbaycanlılara məxsus minik avtomobili ilə toqquşub - YENİLƏNİB
# 31 avqust 2019 15:46 (UTC +04:00)

Gürcüstanın Qardabani rayonunun Teleti kəndi yaxınlığında Ermənistan vətəndaşlarının daşıyan mikroavtobus Azərbaycan vətəndaşlarının olduğu minik maşını ilə toqquşub. APA-nın Gürcüstan bürosu xəbər verir ki, qəza zamanı minik maşınında olan iki Azərbaycan vətəndaşından biri yaralanıb. Qəza zamanı ümumilikdə 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlardan 8-i Yeni Xəstəxanaya, 3-ü Müqəddəs Yoahim və Anna Xəstəxanasına, 2-si İnqorokva Klinikasına, 4-ü Pineoya , digər 3 nəfər isə Təcili Cərrahiyyə və Travmatologiyaya xəstəxanasına köçürülüb.

Yaralananlardan 17 nəfəri Ermənistan vətəndaşı, ikisi Gürcüstan, biri isə Azərbaycan vətəndaşıdır.

Qeyd edək ki, qəza zamanı iki Ermənistan vətəndaşı ölüb.

11:56

Yerevan-Batumi istiqamətində hərəkət edən kiçik sərnişin avtobusu Gürcüstanın paytaxtı Tbilisi yaxınlığında gecə 02:00-03:00 radələrində qəzaya uğrayıb.

APA-nın xəbərinə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyan məlumat yayıb.

“İlkin məlumatlara görə, iki Ermənistan vətəndaşı ölüb. Digər sərnişinlər müxtəlif xəsarətlərlə Tbilisi xəstəxanalarına yerləşdiriliblər”, - A. Naqdalyan deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR