Yunanıstanın xarici işlər naziri Nikos Dendias fevralın 18-də Rusiyaya səfər edəcək.
APA-nın xəbərinə görə, səfər çərçivəsində diplomat rusiyalı həmkarı Sergey Lavrovla Avropada təhlükəsizlik və məsələlərini qarşılıqlı əməkdaşlığı müzakirə edəcək.
Yunanıstanın Xarici işlər nazirliyinin yaydığı məlumatda göstərilir ki, Nikos Dendias fevralın 18-də Moskvaya səfərə gedəcək. Sergey Lavrovla görüşdən sonra mətbuat konfransı keçiriləcək, işçi nahar ediləcək. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə ediləcək.