Rusiya-Gürcüstan sərhədinin “Yuxarı Lars” sərhəd məntəqəsindən piyadalar üçün keçid dayandırılıb.
APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, sərhəd-keçid məntəqəsində sərhədi piyada keçmək istəyənlərin uzun növbəsi yaranıb.
Piyadaların keçidinin heç bir səbəb göstərilmədən dayandırıldığı bildirilib.
Qeyd olunub ki, 16 saatdır növbə yerindən tərpənmir.