Yuxarı Lars yenidən yük maşınlarının keçidi üçün bağlanıb - YENİLƏNİB

Yuxarı Lars yenidən yük maşınlarının keçidi üçün bağlanıb - YENİLƏNİB
# 06 dekabr 2023 10:47 (UTC +04:00)

Gürcüstandan Rusiyaya gedən yeganə avtomobil yolu yenidən yük maşınları üçün bağlanıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti məlumat yayıb. Bildirilib ki, qar və çovğun səbəbilə beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepansminda-Lars yolunun Qudauri-Kobi seksiyasında qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Digər növ nəqliyyat vasitələrinin hərəkətinə isə icazə verilir.

***

10:08

Gürcüstanla Rusiya arasındakı Yuxarı Lars sərhəd-keçid məntəqəsi yenidən yük maşınlarının keçidi üçün bağlanıb.

APA xəbər verir ki, bu barədə Rusiya FHN-in Şimali Osetiya üzrə departamenti məlumat yayıb.

Bildirilib ki, sərhəd-keçid məntəqəsinin fəaliyyəti əlverişsiz hava şəraiti ilə əlaqədar müvəqqəti olaraq dayandırılıb.

Qeyd edək ki, Aşağı Lars kəndi və Yuxarı Lars məntəqəsindən keçən yol Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur.

Hacı Cavadov

Səid Babazadə

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR